JonDonym

Uzun iilərdir ki, Windows ƏS-dən imtina etdiyim üçün, Linux ƏS-dən istifadə edirəm. Demək olar ki, Linux distributivlərinin böyük əksəriyyətini test etdikdən sonra Linux Mint distributivini seçdim və bu günə qədər məni qane etməkdədir. Bu yazım heç də Mint haqqında deyil. Sizlərə bir il bundan öncə rastlaşdığım bir distributiv haqqında məlumat verməkdir. Distributivin adı JonDonym-dir. Sual oluna bilər ki, bu distributiv nə işə yarayır? İnternetdə sözün əsl mənasında anonim olaraq gəzinmək kimin arzusu deyil ki! Onda JonDonym bu işin öhdəsindən gələ biləcək qabiliyyətdir. Ən üstün özəlliyi isə sizin IP ünvanınızı, provayderinizi, hansı ölkədən internetə giriş etdiyinizi gizlədərək, İP ünvanınızı, provayderinizi və ölkə mövqesini dəyişdirmək surətilə internetdə tamam başqa məlumatlarla gəzinməyinizə imkan yaradır.Həm Live DVD, həm deb faylı formatında olmaqla istifadə edilə bilər. Bundan başqa Windows və Mac OS ƏS-də istifadə edilə bilər.

1419273124628

Tam məxfiliyi təmin etmək üçün isə Tor və JonDoFox  brauzerlərindən istifadə edilir. Yeganə çatışmayan cəhəti isə, pullu olmasıdır. Ancaq qiymətlər demək olar ki, münasibdir və təklif olunan xidmətlərdən istifadə etməyə dəyər.

 

muhsinmushviq tərəfindən LİNUX kateqoriyasında dərc edildi Etiketləndi