LİNUX


LİNUX ƏMƏLİYYAT SİSTEMİ

Linux Əməliyyat Sistemi ilə ilk tanışlığım 2006-cı ildə internetdə əməliyyat sistemləri barəsində Google-də axtarış etdiyim zaman oldu. O zamana qədər Windows ƏS-də minbir əzaba qatlanaraq maraq dairəmi genişlətməkdə idim. Windows ƏS haqqında iki şey deyə bilərəm- sırf biznes ƏS-dir və əsl casus ƏS-dir. Başqa heç bir şeyə yarayacaq üstünlüyü yoxdur. Bir də onu deyim ki bu ƏS oğurluq sistemdir yəni onun nüvəsindəki faylların böyük əksəriyyəti UNİX sistemindən mənimsənilməklə forması və növü dəyişdirilərək Windows-da tətbiq edilməkdədir. Linux ƏS-nin üstünlüklərini isə saymaqla bitmir. Proqram təminatının 90% açıq mənbə kodludur, yəni pulsuzdur. Bir də ki istənilən sahə üzrə istədiyiniz distributivi rahatlıqla endirib bilgisayarınıza qura bilərsiniz. Bir digər üstünlüklərindən biri isə başqa bir ƏS ilə eyni HD-də(bərk disk) işləyə bilməsidir. Bütün bu üstün cəhətləri ilə bərabər bəzi xırda problemlər də var. Bunlar barədə yeri gəldikcə bəhs edəcəyəm. Uzun müddətdir ki mən Linux Mint-dən istifadə edirəm və məni demək olar ki tam qane edir. Buradan hər kəsə səslənirəm- Windows ƏS-dən qurtulun.

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma