WordPress Linux-da


Linux lokal serverində WordPress-in qurulması

Bu yazımda Linux Əməliyyat Sistemində WordPress-in qurulmasını ətraflı olaraq sizlərə izah etmək istərdim. Əvvəlcə onu demək istərdim ki, mən ümumiyyətlə Windows Əməliyyat Sistemində çox nadir hallarda işləyirəm. Bu ƏS(Əməliyyat Sistemi) məni lap əvvəldən heç bir tərəfi ilə cəlb etmirdi – demək olar ki tam bir casus ƏS-dir… Nə isə bu barədə uzun-uzadı hekayələr yazmaq olar. Gələk əsas məsələyə. Mən uzun zamandır Linux Mint ƏS-dən istifadə edirəm və məni tam qane edir. WordPress-i Linux-da qurmaq çox sadə və asan bir işdir(söhbət lokal serverdən gedir). Bunun  üçün biz əvvəlcə Verilənlər Bazasını qurmalıyıq. Müxtəlif variantlar içində məni ən çox qane edən LAMP-dır(Linux Apache MySQL PHP). Öncə LAMP bazasını qururuq. Bunun üçün terminalı işə salıb aşağıdakı əmri daxil edirik:

99c08311c12ft

sudo apt-get install lamp-server^

Qurulma zamanı sizdən MySQL verilənlər bazası üçün parol tələb ediləcək – istədiyiniz bir parol daxil edin və yadınızdan çıxmasın deyə bir kənara qeyd edin, sonra lazım olacaq.

MySQL-Password

Sizə parolu təkrar daxil etmək təklif olunacaq. Səbirsizliklə qurulumu gözləyin. Qurulma tamamlandıqdan sonra veb brauzerinizdə http://localhost/  və ya http://127.0.0.1/  ünvanını daxil edərək Apache-nin doğru qurulub-qurulmadığını test edə bilərsiniz. Brauzerdə aşağıdakı şəkli görsəniz demək birinci mərhələ uğurla tamamlanmışdır:

Apache-it-works

Əks halda terminalda bu əmri sudo /etc/init.d/apache2 restart daxil edib Apache-ni yenidən işə salın. İndi isə PHPni test edək. Bunun üçün /var/www  qovluğunda boş PHP faylı yaradırıq və bu fraqmenti <?php phpinfo(); ?>  fayla daxil edirik. Siz bunu terminalda aşağıdakı əmrlər vasitəsi ilə də asnlıqla edə bilərsiniz:

echo “<?php phpinfo(); ?>” | sudo tee /var/www/test.php

sudo /etc/init.d/apache2 restart

Indi isə brauzerimizdə aşağıdakı ünvanı daxil edirik:

http://localhost/test.php

Brauzerimizdə aşağıdakı şəkildə səhifə açılacaq:

test-php

Bura qədər hər şey yolundadır. İndi isə MySQL quraq.

MySQL Qurulması.

LAMP lokal serverdə işlədiyinə görə bizim MySQL bazası bu IP ünvanından istifadə edəcək:127.0.0.1. Bunu test etmək üçün terminalda aşağıdakı əmri daxil edirik:

cat /etc/hosts | grep localhost

Doğru nəticə aşağıdakı kimi olmalıdır:

~$ cat /etc/hosts | grep localhost
127.0.0.1 localhost
::1     ip6-localhost ip6-loopback

Eləcə də aşağıdakı əmri daxil edərək bağlayıcı ünvanın doğru olduğundan əmin olun:

cat /etc/mysql/my.cnf | grep bind-address

və siz aşağıdakı nəticəni görəcəksiniz:

~$ cat /etc/mysql/my.cnf | grep bind-address
bind-address = 127.0.0.1

əgər başqa bir IP ünvanı təyin edilərsə my.cnf faylını aşağıdakı əmrlə redaktə edə bilərsiniz:

sudo gedit /etc/mysql/my.cnf

Açılan faylda “bind-address” sətrini taparaq onu 127.0.0.1 olaraq dəyişdirin.

phpMyAdmin Qurulması.

phpMyAdmin-in qrafik interfeysdə qurulması üçün terminalda aşağıdakı əmri daxil edirik:

sudo apt-get install libapache2-mod-auth-mysql phpmyadmin

Qurulma zamanı bizdən veb serveri seçmək tələb olunacaq. Space klavişinin yardımı ilə apache2  seçib Enter klavişinə tıklayırıq:

select-apache2-lamp

Qurulma zamanı sizə phpMyAdmin-i dbconfig-common vasitəsi ilə qurmaq təklif olunacaq: Yes kəlməsini seçərək Enter klavişinə tıklayıb əməliyyatı davam etdirin:

phpmyadmin-dbconfig-common

Sonrakı ekranda MySQL üçün seçdiyiniz parolu daxil edib Enter-ə tıklayın:

mysql-password-phpmyadmin

Təbriklər! phpMyAdmin artıq sizin sisteminizdə qurulmuşdur. Test etmək üçün brauzerdə http://localhost/phpmyadmin/  ünvanını yığaraq aşağıdakı şəkildə bir səhifə açılacaq:

phpmyadmin (1)

phpMyAdmin Verilənlər bazasına daha əvvəldən seçdiyiniz parolu daxil edərək daxil ola bilərsiniz. Daxil olduqdan sonra idarəetmə lövhəsində sizə lazım olan əməliyyatları həyata keçirə bilərsiniz.

phpmyadmin (2)

Buraya qədər. LAMP serveri müvəffəqiyyətlə quruldu. İndi WordPress-i lokal serverdə rahatlıqla qura bilərik. Əvvəlcə  verilənlər bazasında istifadəçi üçün bəzi məlumatları daxil etməliyik. Teminalı işə salıb aşağıdakı əmri ora daxil edirik:

171c549e80bbt

mysql -u root -p    ″ (qeyd: bu əmrdən sonra sizdən verilənlər bazası üçün daha əvvəlcədən seçdiyiniz parolun daxil edilməsi tələb ediləcək)″

ardınca bu əmri daxil edirik:

create database wordpress;

sonra

CREATE USER ‘wordpress-user‘@’localhost’ IDENTIFIED BY ‘12345‘;

GRANT ALL PRIVILEGES ON wordpress.* TO ‘wordpress-user‘ IDENTIFIED BY ‘12345‘;

ən sonda da terminala bu əmri daxil edib bazanın yaradılması prosesini tamamlayırıq:

exit

Yuxarıdakı əmrlər bizə aşağıdakıları hazırlamaq üçün lazım idi:

  1. Hostname: localhost
  2. Database: wordpress
  3. Database User: wordpress-user
  4. Database User Password: 12345

(qeyd: qırmızı rənglə seçilmiş məlumatlar ixtiyaridir – yəni siz onları istədiyiniz kimi dəyişə bilərsiniz)

İndi isə WordPress-in özünü qurmağa başlayaq. Yenidən terminalı işə salıb  aşağıdakı əmrləri ardıcıllıqla daxil edərək WordPress-i internet resursundan endirib /var/www/ qovluğuna köçürürük:

cd /tmp

wget -c http://wordpress.org/latest.zip

sudo unzip -q latest.zip -d /var/www/

sudo chmod 777 -R /var/www/wordpress

sudo /etc/init.d/apache2 restart

Sonda brauzerdə aşağıdakı ünvanı yığaraq WordPress-in lokal serverdə qurulmasına başlaya bilərik:

http://localhost/wordpress

Açılan  səhifədə bizdən konfiqurasiya faylının yaradılması tələb ediləcək. Biz bu faylı həm birbaşa brauzedə, həm də terminal vasitəsi ilə yarada bilərik. Terminalda aşağıdakı əmrləri daxi edərək konfiqurasiya faylını yaradaq:

mv/var/www/wordpress/wp-config-sample.php/var/www/wordpress/wp-config.php

Mətn redaktou açılacaq və biz onu aşağıdakı kimi redaktə edib saxlayacağıq:

sudo gedit /var/www/wordpress/wp-config.php

DB_NAME – sətrində verilənlər bazasının adı

DB_USER – sətrində root (yəni istifadəçi) adı

DB_PASSWORD– sətrində MySQL üçün seçdiyimiz parolu daxil edirik.

Brauzer vasitəsi ilə isə aşağıdakı şəkildə prosesi davam etdirə bilərik:

wordpress-setup-1

wordpress-setup-2

wordpress-setup-3

wordpress-setup-4

wordpress-setup-5

wordpress-setup-6

wordpress-setup-7

Təbriklər! WordPress artıq Linux ƏS-də lokal serverinizdə qurulmuşdur. Türklər demişkən, tadını çıkara bilərsiniz.

P.S. Windows-da lokal serverdə qurulan WordPress üçün mövzu və plaqin qurmaq problem deyil. Amma Linux-da bu problemlə rastlaşdım və internetdə həllini tapdım – bunu da sizlərələ paylaşmağı özümə borc bilirəm. Belə ki, mətn redaktorunda wp-config.php faylını açıb ən aşağıdakı sətin aşağısından bu məlumatı əlavə edirik və faylı qed etməyi yadımızdan çıxarmırıq:

if(is_admin()) {
add_filter(‘filesystem_method’, create_function(‘$a’, ‘return “direct”;’ ));
define( ‘FS_CHMOD_DIR’, 0751 );
}

Bu qədər,vəssəlam!

 

WordPress Linux-da” üzərində bir şərh

  1. Geri bildiriş: WordPress Linux-da | V Ə Z İ F Ə

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma