WordPress plaqinləri


Bu yazımda sizlərlə Wordpress-də ən çox istifadə etdiyim plaqinlər haqqında öz fikirlərimi bölüşmək istəyirəm. Əvvəlcə sizlərə Codestyling Localization plaqini haqqında bir az məlumat vermək istərdim. Bu plaqin vasitəsi ilə siz  Wordpress-də yeni dil əlavə edərək onun həm po faylını həm də mo faylını yarada bilərsiniz. Plaqin adi qaydada qurulur və aktivasiya edildikdən sonra alətlər bölməsində öz yerini tutur (burada və daha sonrakı yazılarda rast gələcəyiniz bütün hərəkətlər lokal serverdə test edilmişdir).screenshot-1Codestyling Localization idarəetmə mərkəzi (Menyu-Alətlər)

screenshot-2

Danışıq dilinin yaradılması

Buradan istədiyiniz dili seçib yeni po fayl yarat düyməsinə basaraq yeni po fayl yarada bilərsiniz.

screenshot-3

scan now düyməsinə basaraq  faktiki mövcud olan çıxış fayllarının komponentlərini yenidən nəzərdən keçirə bilərsiniz.

screenshot-4

Bu bölmədə yaradılmış po faylı hərhansı bir dilə tərcümə edə bilərsiniz.

screenshot-5

Hər bir sətri tərcümə etdikdən sonra save (qeyd et) düyməsinə basın.

Bu qayda ilə istədiyiniz hər hansısa bir mövzunun, plaqinin mühtəviyyatının pomo fayllarını asanlıqla yarada bilərsiniz. Bundan başqa bir sıra proqramlar da vardır ki onlardan da istifadə edə bilərsiniz. Mən əsasən bunlardan  sizlərə çox yardımçı ola biləcək ikisini təqdim edə bilərəm- Virtaal  və Poedit. Bu iki proqramın necə işlədiyi barədə onların rəsmi saytına daxil olaraq ətraflı məlumat əldə edə bilərsiniz. Hər iki proqramın iş prinsipi çox sadədir. Az bir müddətdən sonra onların iş prinsipini  asanlıqla mənimsəyə biləcəksiniz…

…………………………………………………………………………………………………………

GRAND Flash Album Gallery – Universal Media Plaqini

GRAND Flash Album Gallery plaqini test etdiyim media plaqinləri arasında ən çox xoşuma gələn mükəmməl bir plaqindir. Plaqini buradan yükləyib qura bilərsiniz. Əgər plaqinin işləmə qaydaları haqqında ətraflı məlumat əldə etmək istəsəniz bu sayta daxil ola bilərsiniz. Bu videoçarxa da baxa bilərsiniz.

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma