TƏRCÜMƏLƏR


Təxminən bir ilə yaxındır ki Wordperss -in Azərbaycan türkcəsinə tərcüməsi ilə məşğul oluram. Təəssüflər olsun ki bizim tərcümə komandası demək olar fəaliyyətini dayandırmış vəziyyətdədir. Ən geridə qalmış hesab etdiyimiz ölkələrin belə öz tərcümə komandası var və onlar çox mükəmməl bir performans əldə ediblər. Biz isə yerimizdə saymaqla məşğuluq. Hal-hazırda WordPress.org və WordPress.com saytlarında Azərbaycan türkcəsində tərcümələrimiz qaldığı yerdən səylərimiz nəticəsində davam etdirilməkdədir. Tərcümələri maksimum dərəcədə dilimizə uyğunlaşdırmağa çalışmışıq. Ola bilər ki bəzi sözlərdə cümlələrdə xətalar olsun- bu da təbiidir heç kim hər şeyi tam mükəmməl şəkildə bilə bilməz. Buna görə də əlavə yardıma və yardımçılara ehtiyacımız var. Bizlərə bu işlərdə yardım edəcək könüllülərə ehtiyacımız var. Əlini daşın altına qoymaq istəyən hər kəsə müraciət edirik. Əlaqə üçün: 051-432-35-75/ muhsinmushviq@gmail.com.

……………………………………………………………………………………………………………………………

загруженное

Gravatar istifadəçilərinə şad xəbər – yaxın günlərdə Gravatarın Azərbaycan türkcəsi ilə tanış ola biləcəksiniz. Tərcümələr demək olar ki, tamamlanmaq üzrədir və artıq öz doğma dilimizdə Gravatarlarımızı qura və paylaşa bilərik.

…………………………………………………………………………………………………………………………….

Android ƏS-də WordPress saytları üçün Azəbaycan türkcəsində tərcümə tamamlanmışdır. Yan menyudakı  bağlantıya tıklayaraq və ya buradan endirib saytınıza dil paketini əlavə edə bilərsiniz.загруженное (1)

TƏRCÜMƏLƏR” üzərində 2 şərh

  1. Təbrik edirəm. Uğurlarınızın davamını diləyirəm. WordPress istifadəçisi və birçox layihələrimdə (hətta işlərimdə) istifadə edən biri olaraq əlimdən gəldikcə kömək edərəm. Hörmətlə!

Bir şərh yazın