Linux Distributivləri


ƏN POPULYAR DİSTRİBUTİVLƏR

Linux ƏS-də ən populyar distributivlər Ubuntu, Mint, Fedora, Open Suse və Cent OS distributivləridir. Aşağıda onların hər biri haqqında qısa məlumat vermək istərdim.


  1. Linux Mint


    Linux Mint Ubuntu-bazasında hazırlanmış olub, DVD diskdən oxunma, media kodeklər, veb brauzerləri üçün plaqinlər, Java və digər komponentləri özündə cəmləşdirir. Bundan başqa Ubuntu repozitoriyasında mövcud olan çoxsaylı proqram və əlavələrdən istifadə etməklə həm interfeysi, həm də proqram təminatını zənginləşdirə bilərsiniz.


  2. Ubuntu


    Ubuntu  Linux bazasında hazırlanmış bir sistem olaraq, Ubuntu Manifestinə sadiqliyini nümayiş etdirir: belə ki bu manifestə görə ƏS kimliyindən, hansı ölkədə yaşamağından asılı olmayaraq hər bir insanın sərbəst şəkildə proqram təminatının bütün imkanlarından maksimum istifadə etmək hüququ vardır – həm də pulsuz! “Ubuntu” Afrika mənşəli bir söz olub, “diğərlərinə qarşı humanizm ” deməkdir. Cəmiyyət dəstəkləri və minlərcə proqram və əlavələr Ubuntusevərlərin ehtiyacını dolğun şəkildə qarşılamaq üçün daima yenilənməkdədir.


  3. Fedora


    Fedora layihəsi Red Hat tərəfindən hazırlanmış olub, aşıq kod mənbələri digər proqramçılara açıq olan və  Linux ƏS-də işləyənlər üçün əlverişli distributivlərdən biridir.


  4. openSUSE


    Novell-in sponsorluğu ilə proqram təminatı dəstəklənən openSUSE layihəsi qarşısına üç məqsəd qoymuşdur: həm yeni istifadəçilər, həm də təcrübəli proqramçılar açıq kodla rahatlıqla işləməlidir, Linux-da işləyənlər üçün çox sadə olmalıdır və openSUSE platformasının hazırlanmasında hər kəs iştirak edə bilməlidir .


  5. CentOS


    CentOS 100% Red Hat Enterprise Linux ilə dəstəklənmiş olub, təşkilatlar və fiziki şəxslər üçün çox sayda imkanlar təqdim edir. Açıq mənbə kodlu olaraq veb serverlərində öz layiqli yerini tutmaqdadır. 

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma