BLOGİLO…

Blogilo – bloq yazıları üçün əvəzedilməz proqram.

Bu yaxınlarda internetdə Blogilo adında bir proqrama rast gəldim və onu ƏS-də qurdum. Etiraf edim ki, elə ilk istifadədən proqram çox xoşuma gəldi. Sual oluna bilər ki, proqram nə üçündür – izah edim. Bloqunuza daxil olmadan bloqunuzda yeni yazılar dərc edə bilərsiniz.WYSIWYG və HTML redaktor rejimlərində işləyən bu proqramın qurulması çox sadədir. İstərsəniz Synaptic Package Manager vasitəsi ilə, istərsəniz Sofware Manager vasitəsi ilə ya da terminalda aşağıdakı əmrləri daxi edərək proqramı qura bilərsiniz:
Proqramı mənbə /etc/apt/sources.list   siyahısına daxil etmək üşün sudo gedit / apt/ sources.list əmrini daxil edirik. Ardınca sudo apt-get update əmrini daxil edərək sistem yenilənməsi edirik. Sonunda sudo apt-get install blogilo əmrini daxil edərək proqramın qurulmasını tamamlayırıq. Proqramı işə saldıqdan sonra kiçicik bir konfiqurasiya edirik. Bunun üçün menyuda Blog bölməsinə daxil olaraq Add a new Blog alt bölməsinə daxil oluruq. Basic bölməsində bloqumuzun URL-nı istifadəçi adımızı və parolumuzu daxil edərək AutoConfigure düyməsinə tıklayaraq bloqumuza qoşuluruq. Qoşulma tamamlandıqdan sonra proqramın sağ tərəfində bloqumuzdakı kateqoriyaların və səhifələrin siyahısı açılacaq. İstədiyimiz səhifədə və ya kateqoriyada yazılarınızı asanlıqla yazıb dərc edə bilərsiniz.
P.S.Qeyd edim ki bu yazımı Blogilo vasitəsi ilə yazmışam.