2014 in review

The WordPress.com stats helper monkeys prepared a 2014 annual report for this blog.

Here’s an excerpt:

A San Francisco cable car holds 60 people. This blog was viewed about 590 times in 2014. If it were a cable car, it would take about 10 trips to carry that many people.

Click here to see the complete report.

muhsinmushviq tərəfindən ƏSAS SƏHİFƏ kateqoriyasında dərc edildi

Soyuna…soyuna- gəlmə oyuna

Bizlərə toleranlıq şərabını içizdirə-içizdirə avropalılar axırda gənclərimizi metroda soyundurmağa qərar verdilər. Əla, onsuz da qarnıtox avropalıların əyləncədən başqa görəcəkləri başqa bir işləri də yoxdur. Mənim onlarla elə də bir işim yoxdur-sözüm  öz gənc həmvətənlərimizədir! Axı niyə hər cür eybəcərliyi belə tez mənimsəyib, həyata keçirməyə cəhd edirsiniz? Yəni biz belə tezliklə milli dəyərlərimizdən tez üz döndərməkdə kiminlə yarışa girmişik? Flaşmob keçirirsiniz, keçirin, amma niyə bir dəfə də belə bir mövzuda flaşmob keçirmirsiniz, məsələn filan yerdə filankəsin filan şeyə ehtiyacı var. Ey qardaşlar, ey bacılar gəlin bu filankəsə problemini həll etməkdə yardım edək. Əgər diqqət mərkəzində qalmaq istəyirsinizsə, o zaman insanlara faydalı olacaq bir iş görün, ikrah doğuran bir şeydən fayda gəlməz.

muhsinmushviq tərəfindən ƏSAS SƏHİFƏ kateqoriyasında dərc edildi

Yazarkən diqqətli olun…

Son zamanlar saytlardakı məqalələrə, yazılara baxdıqca ağlıma bir tək şey gəlir – deyəsən dilimiz ölür…bəli, bəli göz görə-görə ölür. Amma bir neçə illər bundan qabaq gündəlik həyatımızda insanlarmız öz şivəsində, öz ləhcəsində danışar,bir məktub və ya başqa rəsmi hər hansı məlumat yazdıqda ədəbi dildən istifadə edərdi. Ədəbi dil elə bir şeydir ki, onu o ölkənin hər bir vətəndaşı asanlıqla qavramalı, başa düşməlidir. Təəssüflər olsun ki, internet saytlarında, bloqlarda və forumlarda istifadəçilər və müəlliflər saysız – hesabsız xətalara yol verirlər. Unutmamaq lazımdır ki, hər bir sayt həm də bir növ bir qəzetdir, kitabdır, jurnaldır və ya dərslikdir. Orfoqrafik və qrammatik xətalar, xəbərlə felin yerini dəyişməsi, daha nələr… Xahiş edirəm ən azından yazarkən heç olmazsa gündəlik danışıq qaydasından bir az uzaqlaşıb, şairlərimizin, ədiblərimizin hər birimiz tərəfindən asan başa düşülən və qavranıla bilən sözlərindən istifadə edin. Bir az da klassik ədəbiyyatımızın şah əsərlərindən azacıq da olsa mütaliə edin. Əgər dil ölərsə, o millət yaşasa da ölüyə tay olar.

muhsinmushviq tərəfindən ƏSAS SƏHİFƏ kateqoriyasında dərc edildi

az. wordpress.org artıq Azərbaycan türkcəsində!

Deyəsən zəhmətimiz hədər getmir! Artıq az. wordpress.org  doğma dilimizdə veb həvəskarlarının xidmətindədir. Hər bir məlumat, yenilik və versiyalar haqqında öz dilimizdə məlumat əldə etmək  və yeni versiyalar endirmək asanlaşdı.  Bundan başqa yaxın zamanlarda doğma dilimizdə forum açılması planlaşdırılır.  Ən çox istifadə edilən plaqinlər və mövzuların da tərcüməsi başlanmaq üzrədir. Biz yenidən hər kəsə müraciət edirik- tərcümə işi çox zəhmət tələb edən bir prosesdir, buna görə də könüllü tərcüməçilərə ehtiyacımız var. Bizə müraciət edin və bu işdə sizin də adınız və əməyiniz keçsin…2014.01.18-15.16.50