Yazarkən diqqətli olun…

Son zamanlar saytlardakı məqalələrə, yazılara baxdıqca ağlıma bir tək şey gəlir – deyəsən dilimiz ölür…bəli, bəli göz görə-görə ölür. Amma bir neçə illər bundan qabaq gündəlik həyatımızda insanlarmız öz şivəsində, öz ləhcəsində danışar,bir məktub və ya başqa rəsmi hər hansı məlumat yazdıqda ədəbi dildən istifadə edərdi. Ədəbi dil elə bir şeydir ki, onu o ölkənin hər bir vətəndaşı asanlıqla qavramalı, başa düşməlidir. Təəssüflər olsun ki, internet saytlarında, bloqlarda və forumlarda istifadəçilər və müəlliflər saysız – hesabsız xətalara yol verirlər. Unutmamaq lazımdır ki, hər bir sayt həm də bir növ bir qəzetdir, kitabdır, jurnaldır və ya dərslikdir. Orfoqrafik və qrammatik xətalar, xəbərlə felin yerini dəyişməsi, daha nələr… Xahiş edirəm ən azından yazarkən heç olmazsa gündəlik danışıq qaydasından bir az uzaqlaşıb, şairlərimizin, ədiblərimizin hər birimiz tərəfindən asan başa düşülən və qavranıla bilən sözlərindən istifadə edin. Bir az da klassik ədəbiyyatımızın şah əsərlərindən azacıq da olsa mütaliə edin. Əgər dil ölərsə, o millət yaşasa da ölüyə tay olar.

Advertisements
muhsinmushviq tərəfindən ƏSAS SƏHİFƏ kateqoriyasında dərc edildi